Gəncə Dövlət Dram Teatrında 117-ci teatr mövsümünə start verilib. Kollektiv yeni mövsümə Oqtay Altunbayın “Seyx Nizami” əsəri ilə start verib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar səhnələşdirilən əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Vaqif Şərifovdur.
Yeni mövsümdə teatr tamaşaçılara Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah”, Aydın Murovdağlının “Alın yazısı” və rus yazıçısı Nikolay Qoqolun “Evlənmə” pyeslərini təqdim edəcəklər.