Oktyabrın 4-də Polşanın Krakov şəhərində Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin açılış mərasimi keçirilib. Oktyabrın 9-dək davam edəcək tədbirdə Azərbaycanı Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov, layihənin Azərbaycan üzrə koordinatoru, prodüser Səbuhi Məmmədov, “Simsar” studiyasının direktoru Pərviz Məmmədrzayev və “Motor Production”ın rəhbəri Alina Abdullayevadan ibarət nümayəndə heyəti təmsil edirlər.
   Polşanın A.Mitskeviç adına İnstitutun təşkil etdiyi tədbirdə Şərqi Avropanın müxtəlif ölkələrindən - Bolqarıstan, Xorvatiya, Belarus, Gürcüstan, Çexiya, Rumıniya, Slovakiya, Ukrayna, Serbiya, Macarıstan, Bosniya və Herseqovina, Sloveniya və Moldovadan müxtəlif teatr xadimləri, tənqidçilər, rejissorlar, direktorlar, prodüserlər iştirak edir.
   Görüş çərçivəsində yaxın iki ildə Şərqi Avropada həyata keçirilməsi nəzərdə tutulan teatr və art layihələr, yeni idarəetmə mexanizmləri, çağdaş təşkilatlanma problemləri müzakirə olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar