Oktyabrın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqisevərlər Klubunun təşkilatçılığı ilə Əməkdar artist, tanınmış opera müğənnisi Sona Aslanovanın xatirə gecəsi keçirilib. Maestro Niyazinin mənzil-muzeyində təşkil olunan tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova müğənninin həyat və yaradıcılığından söz açıb.
   Sona Aslanova 1924-cü il oktyabrın 4-də Bakıda anadan olub. Müğənni musiqi yaradıcılığı ilə yanaşı, kinoya çəkilib, “Bizim Cəbiş müəllim”, “Görüş”, “Telefonçu qız” və s. filmlərdə maraqlı obrazlar yaradıb. Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) pedaqoq kimi çalışıb, Azərbaycan Televiziyası, Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub. Ömrünün son illərini ABŞ-da yaşayan müğənni 2011-ci ilin martında dünyasını dəyişib.
   Tədbirdə Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Qənirə Kərimova, həmin teatrın solistləri Fəridə Məmmədova və Nərgiz Rəhimova Sona Aslanovanın repertuarından mahnılar və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar