Özbəkistanın paytaxtı Daşkənddə «Theatre.UZ/2011» Beynəlxalq teatr festivalı keçirilib. Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, "Mədəniyyət və incəsənət Forumu" Fondu və "Özbəkteatr" Birliyinin təşəbbüsü ilə keçirilən festivalda Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin teatr kollektivləri iştirak edib. Festivalda ölkəmizi təmsil edən Akademik Milli Dram Teatrı fransız dramaturqu Jan Koktonun "İnsan səsi" tamaşası ilə çıxış edib. Teatr festivalın diplomuna layiq görülüb.
AMDT-nın direktoru, professor İsrafil İsrafilov bildirib ki, tamaşa anşlaqla keçib, teatrsevərlərin xoşuna gəlib: “Özbəkistanda bizim ədəbiyyatı, incəsənəti çox sevirlər, elə ona görə də biz gələcəkdə bu ölkəyə qastrol səfəri təşkil etmək fikrindəyik”.