Noyabrın 1-də Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Dövlət Kukla Teatrında Kamran Şahmərdanın «Ağ və Qara» pyesi əsasında hazırlanan tamaşa təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, rəssamı Tatyana Melnikovadır.
   Tamaşada kor uşağın taleyi, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qüvvələrə rast gəlməsi və hacıleylək, balıq, külək tərəfindən mühafizə səhnəsi təsvir olunur. Tamaşada bütün insanların dünyaya fəlsəfi mənada kor və tənha gəlməsi, hər insanın öz səyi ilə sevgini başa düşməsi, dünyanı sevməsi, rəngləri duymasının mümkün olduğu diqqətə çatdırılır.
   
   Gülər
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar