Jak Trüdo, UNİMA-nın baş katibi  
   
   Beynəlxalq Kukla Teatrları İttifaqı - UNİMA-nın baş katibi Jak Trüdo Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalından çox məmnundur. Baş katib qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan belə bir festivalı ilk dəfə keçirməsinə baxmayaraq, tədbir çox uğurlu alınıb. O, həmçinin ümidvar olduğunu bildirdi ki, festival Azərbaycan kukla teatrının inkişafı üçün əlverişli imkan yaradacaq.
   
   - Dünyada hər il 250-dən artıq kukla teatrları festivalı keçirilir. Onların bir çoxunun özünəməxsus cəhətləri var. Məsələn, İndoneziya ilə Braziliyanın festivalını müqayisə etmək olmaz. Çünki hər bir ölkənin özünəməxsus adət-ənənəsi, o cümlədən teatr ənənələri var. Ümumiyyətlə isə hər bir festival kukla teatrının inkişafına müsbət təsir göstərir, onu müasirləşdirir. Bu baxımdan Bakıda keçirilən festivalın əhəmiyyəti də böyükdür.
   Hazırda müasir texnologiyalar dövrüdür. Bu inkişafı, müasirliyi biz kukla teatrı sahəsində də görə bilərik. Texnologiyada olan inkişaf kukla teatrındakı inkişafa müsbət təsir göstərir. Kukla teatrlarında hazırda müasir səs, dekorasiya və s. avadanlıqlar var. İndi teatrlarda yeniliklər də çoxdur. Mən Braziliyada kukla teatrı festivalına rejissorluq etmişəm və maraqlı yeniliklərin şahidi olmuşam. Festivalların əsasını müxtəlif növ incəsənət sahələrinin kəsişməsi təşkil edir, deyə bilərik. Gördüyünüz kimi, kukla teatrlarında əksər növ incəsənət növləri - rəqs, kukla sənəti və s. bir-biri ilə sıx bağlıdır. Bunların hər birindən istifadə etməklə ortaya mükəmməl iş çıxarmaq olar.
   Mən 20 ildir ki, bu sahədə çalışıram. Kukla teatrının müxtəlif növləri var: böyük kuklaların iştirakı ilə səhnələşdirilən tamaşalar, pantomima elementləri, kukla və aktyor oyununun sintezi və s. Hesab edirəm ki, Azərbaycanda hər növ kukla teatrını inkişaf etdirmək üçün kifayət qədər potensial var. Ölkənizin yüksək səviyyəli festivallar keçirmək üçün də imkanları böyükdür. Fransada, UNİMA-nın baş qərargahının yerləşdiyi Şarlevil-Mezyer şəhərində artıq 50 ildir ki, ənənəvi kukla teatrları festivalı keçirilir. Sizin festivalın da belə uzunömürlü olmasını arzulayıram və buna inanıram.
   Azərbaycanın kukla teatrı sahəsində keçirdiyi ilk festival olmasına baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyiniz bu tədbiri çox gözəl təşkil edib. İlk təcrübə adətən bu qədər möhtəşəm olmur. Zamanla festival püxtələşir, dünyada daha geniş tanınır. Əminəm ki, festivaldan sonra düşüncələrim daha zəngin olacaq və baxdığım tamaşalar haqqında hələ çox danışacağam.
   - Texnologiyalar inkişaf etdikcə, uşaqların diqqətini çəkmək, onları maraqlandırmaq və təəccübləndirmək də çətinləşir. Kukla tamaşalarını və kuklaları zamanla ayaqlaşdırmaq mümkün olurmu?
   - Bu çox təbii bir prosesdir. Nəsillər bir-birini əvəz edir. Yeni nəslin uşaqları yeni kukla tamaşaları tələb edirlər. Dəyişikliklər mütləq olmalıdır. Mənə elə gəlir ki, bu sahədə çalışan hər kəs bunu yaxşı dərk edir. Müasir uşaqların texnologiyaya daha yaxşı bələd olmalarını, onların daha çox şey bildiklərini unutmaq olmaz. 

   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar