Prezident İlham Əliyev oktyabrın 20-də məşhur kinorejissor və aktyor, Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Rusiyalı kino xadimi iki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə təltif edilib.
Dövlət başçısı Nikita Mixalkova 70 illik yubileyi münasibətilə təbrik məktubu da göndərib.