Rumıniyanın «Qonq» teatrı təqdim etdi
   
   Bakıda nağıllar aləmi davam edir. Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində noyabrın 2-də Rumıniyanın «Qonq» teatrı hamımızın yaxşı bələd olduğu məşhur «Bal, şəkər və duz» nağılını kuklalar vasitəsilə balaca tamaşaçılara təqdim etdi. Tamaşanın əsas qayəsini əsl məhəbbət təşkil edir və insanların ən dəyərli duyğuları vurğulanır. Bu övlad sevgisi, valideyn sevgisi və vətən sevgisidir. Ümumilikdə rumın nağıllarından ilhamlanaraq hazırlanmış tamaşa əslində təkcə uşaqlar üçün deyil, hamı üçün nəzərdə tutulub.
   «Bal, şəkər və duz» kukla tamaşası kralın üç qızını yanına çağırıb, onların hansının atalarını daha çox sevməsini soruşması ilə başlayır. Qızlardan biri atasını bal, digəri isə şəkər qədər çox sevdiyini deyir. Bu kralın çox xoşuna gəlir. Onlardan ən kiçiyi isə atasını duz qədər sevdiyini deyir və bundan acıqlanan kral onu sarayından qovur.
   İngilis dilində olmasına baxmayaraq, çox sadələşdirilmiş kukla tamaşasında uşaqlar evdən qovulmuş qızın başına gələnləri və kralın tutduğu işdən peşman olmasının şahidi oldular. Tamaşanın sonluğu bütün nağıllarda olduğu kimi bitdi. Kralın qovduğu qızı xeyirxah bir oğlanla ailə qurub xoşbəxt oldu. Bu tamaşanın kuklalarını yalnız iki aktyor - Mixaela Grigoraş və Monika Baldea hərəkətə gətirdi. Ümumilikdə isə bu teatr yalnız üç nəfərdən - M.Griqoraş və onun həyat yoldaşı Florin Griqoraş, M.Baldeadan ibarətdir. Teatrın rəhbəri M.Griqoraşdır və tamaşalara özü səhnə həyatı verir.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar