Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalının yüksək səviyyəli qonaqları arasında Beynəlxalq Teatr İnstitunun baş direktoru, isveçrəli şair və yazıçı Tobias Biankone də var.
   
   Beynəlxalq Teatr İnstitutu UNESCO-nun nəzdində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. 1948-ci ildə təsis olunan qurumun mərkəzi orqanı Parisdə, UNESCO-nun baş qərargahında yerləşir. Qurumun məqsədi dünyada mədəni irsi, o cümlədən teatr sənətini qoruyub inkişaf etdirməkdir. Tobias Biankone festivalla bağlı fikirlərini bildirdi:
   - Dünyanın müxtəlif yerlərində keçirilən belə tədbirlər sənət adamları arasında gözəl təcrübə mübadiləsidir. Biz öz teatr tamaşalarımızı dünyanın hər yerində, hətta münaqişələrin baş verdiyi ölkələrdə göstəririk. İnstitut həmçinin teatr fəaliyyəti standartlarının inkişafında effektiv rol oynayır. Bunun üçün biz müxtəlif ölkələrin teatrlarını cəlb etməklə simpoziumlar təşkil edirik. Yeri gəlmişkən, hər il dünyada 27 mart - Beynəlxalq teatr günü də Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü ilə qeyd olunur.
   Azərbaycanda teatrın zəngin ənənələri olduğunu bilirik. Burada vacib olan müasirliklə ənənəni bir yerdə nümayiş etdirməkdir. Bu baxımdan sizin kukla teatrı çoxlu innovasiyalar edib. Düşünürəm ki, bu festival çox yaxşı başlanğıcdır. Dünyanın müxtəlif ölkələrindən kukla teatrları, teatr xadimləri, tənqidçiləri Bakıya gəlib. İstərdik ki, biz də öz növbəmizdə Azərbaycan mədəniyyətinin, teatr sənətinin dünyada tanınmasına töhfə verək.
   Bizim məqsədlərimizdən biri də dünya teatrları arasında əlaqələrə, mədəni dialoqa yardım etməkdir. Şərq ölkələri ilə Qərb ölkələrinin kukla teatrları arasında fərqlər mövcuddur. Məsələn, Şərqin kukla teatrlarında daha çox hekayətlər, nağıllar nəql olunur və tamaşa da bunun əsasında qurulur. Qərbdə isə kukla teatrları nisbətən bir qədər şən olur. Bu festivalda həm Şərq, həm də Qərb ölkələrinin kukla teatrları təmsil olunur. Bu da teatrlar arasında fərq və oxşarlığı müzakirə etməyə, fikir mübadiləsinə imkan yaradır.
   İlk dəfədir ki, Bakıya gəlmişəm. Şəhər, insanlar məndə gözəl təəssürat yaradıb. Bakıya bir daha gəlmək istərdim.    

   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar