![](/img/news/700x420/7106.jpg)
Festivalın təşkilini yüksək qiymətləndirən qonaq tədbirin yeni teatr əlaqələrinin qurulmasına töhfə olacağını bildirdi: «Özünəməxsus tarixi inkişaf yolu keçməklə Qərb və Şərqin teatr ənənələrini bir arada təqdim edən Azərbaycan teatrı bu gün özünün dəyərlər modelini yarada bilib. Tarixi İpək yolunun üzərində yerləşən ölkənizi iki mədəni qütbün gözəl çələngi adlandırardım».
2003-cü ildən keçirilən Fuceyra Beynəlxalq Monodram Festivalı barədə də məlumat verən Məhəmməd Alkham festivalda Azərbaycan teatr təmsilçilərini də görmək arzusunda olduğunu bildirdi: «Biz bununla da dünyadakı teatr məktəbləri arasında əlaqə qurmaq istəyirik. Onların bir-birlərinin təcrübəsindən faydalanmaqla ümumilikdə sənətin, teatrın inkişafından danışa bilərik. Mədəniyyətlər yalnız dialoqla yaşaya və inkişaf edə bilər. İnsanlar sənətlə, mədəniyyətlə bir-biriləri ilə qaynayıb qarışırlar. Böyük anlamda hazırda sənət bu missiyaya xidmət etməlidir. Çox istərdim ki, gələn ilin yanvarında baş tutacaq festivalımızda Azərbaycan da təmsil olunsun».
Həmidə Rüstəmova