Müsahibimiz UNİMA-nın vitse-prezidenti
   Stanislav Dubravadır
   
   Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalının yüksək səviyyəli qonaqları arasında Beynəlxalq Kukla Teatrları Assosiasiyasının - UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava (Çexiya) da var. O, festivalda həm də Çexiya kukla teatrını təmsil edirdi. Qonağa bir neçə sualla müraciət etdik.
   
   - Cənab Dubrava, Azərbaycana ilk dəfə gəlmisiniz, ilk təəssürat necədir?
   - Bir neçə gündür ki, buradayam. Tam səmimi deyirəm ki, Bakı çox əla şəhərlərdən biridir. İlk gün fikir söyləməyə çəkinsəm də, indi Bakı və Azərbaycan haqqında fikirlərim tam dolğunlaşıb. Təbii ki, Bakıya ilk dəfə gəldiyim üçün öncə ölkənizin teatr sənəti, o cümlədən kukla teatrı barədə məlumatlar almağa çalışıram. Məqsədim Azərbaycanda kukla teatrı sənəti ilə yaxından tanış olmaqdır. Bu günə kimi ölkənizin tarixi və incəsənəti barədə məlumatlı olmamağıma görə təəssüflənirəm. Belə demək mümkündürsə, Azərbaycanı tanımağa gəlmişəm. Eyni zamanda müasir Çexiya teatrı haqqında festival iştirakçılarını məlumatlandırmaq istəyirəm.
   - İlk beynəlxalq teatr təşkilatı - UNİMA Çexiyada təsis edilib. Çexiyada kukla teatrının tarixi barədə nələri deyə bilərsiniz?
   - Çexiya kukla teatrı sənətində zəngin təcrübəyə malikdir. Dünyada qədim kukla teatrının yarandığı bir ölkəyik, bu sahədə böyük xidmətlərimiz var. Amma bunu Asiya kukla teatrı ilə müqayisə etmək olmaz, çünki sizin kukla teatrınızın tarixi daha qədimdir. Düşünürəm ki, Avropada kukla teatr sənətinin inkişafında Asiya, Şərq kukla teatrının böyük töhfələri olub. Çex teatrında 1930-cu illərdə Jozef Skura böyük nailiyyətlər əldə etdi, II Dünya müharibəsindən sonra Çexiyada teatr şəbəkələri yaranmağa başladı. 1948-1951-ci illərdə xüsusi teatr şöbələri fəaliyyətə başladı. 1952, 1967 və 1973-cü illərdə isə Çexiyada həvəskar teatr festivalları keçirilməyə başlandı.
   - Bizim təhsil ocaqlarının birində çex dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlə əlaqələriniz var?
   - Xeyr, hələ ki əlaqələrimiz yoxdur. Çalışacağam Bakıda olduğum müddətdə bu mərkəzlə də yaxından tanış olum. Eyni zamanda, Çexiyanın ölkənizdə fəaliyyət göstərən səfirliyinin köməkliyi ilə həyata keçən layihələr haqqında informasiyalar toplamağa çalışacağam.
   - Bizim kukla teatrı tamaşalarını izləmək imkanınız oldu?
   - Bir tamaşaya baxmışam və bu mənim çox xoşuma gəlib. Düşünürəm ki, festival bitəndən sonra Azərbaycan teatrı haqqında daha çox biliklər əldə edəcəyəm.
   - Sonda festivalla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.
   - Festivallar ölkələri bir-birinə yaxın edir. Bu gün Bakıda keçirilən bu tədbir müxtəlif millətlərin mədəniyyətini bir araya gətirdi və bütün dünyada tanınıb təbliğ olunmasına şərait yaratdı. Ümid edirəm ki, festival davamlı olacaq və biz Bakıda daha böyük layihələrin şahidi olacağıq.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar