Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalının yüksək səviyyəli qonaqlarından olan Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais noyabrın 4-də azərbaycanlı həmkarları ilə bir araya gəldi. Akademik Milli Dram Teatrında keçirilən görüşdə teatr tənqidçiləri ilə yanaşı, sənət adamları, jurnalistlər də iştirak edirdi. Görüşü Milli Dram Teatrının direktoru İsrafil İsrafilov açaraq bildirdi ki, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi festival müddətində bir sıra teatr rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlərin əhəmiyyətini qeyd edən direktor vurğuladı ki, aparılan müzakirələr, fikir mübadiləsi dünyada teatrın inkişaf istiqamətləri, bu sahədə hansı yeniliklərin olduğunu öyrənmək baxımdan vacibdir: “Həmçinin teatr tənqidi sahəsində baş verən proseslər, problemlər barədə də qonağın fikirlərini öyrənmək maraqlı olardı”.
   Sonra söz qonağa verildi. Mişel Vais Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası barədə məlumat verərək görüş iştirakçılarının nəzərinə çatdırdı ki, qurumun rəsmi dili ingilis və fransız dilləridir. Təşkilatın internet saytı da fəaliyyətdədir. İstənilən ölkə və teatrla məşğul olan fərdi şəxs təşkilata üzv ola bilər. Assosiasiyanın fəaliyyəti ilə bağlı geniş məlumat çatdıran baş katib iştirakçıları maraqlandıran sualları cavablandırdı.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar