Noyabrın 9-da Bakı Uşaq Teatrında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət tədbirdə çıxış edən teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd olunur.
   Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Qəzənfər Qasımov Azərbaycan Respublikası dövlət bayrağının tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı respublikamızda dövlət bayrağı kimi qaldırılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edilib. Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışı olub. Digər çıxış edənlər bu əlamətdar günün qeyd olunmasının əhəmiyyətindən danışıblar.
   Sonra “Vətən” sözsüz tamaşası təqdim olunub. İntiqam Soltanın rejissoru olduğu tamaşa Azərbaycanın dövlət atributlarına - dövlət bayrağına və dövlət himninə həsr edilib. Rolları aktyorlar Ruslan Mürsəlov, Rauf Hüseynov və Niyaz Qasımov ifa ediblər. Tamaşa alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar