Dekabrın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin Birinci Ümumrespublika Teatr Festivalının qalibləri mükafatlandırılıblar.
   
   Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə layihəsi əsasında təşkil edilmiş festivalın ideya müəllifi Milli Məclisin deputatı Jalə Əliyevadır.
   Tədbirdə bildirilib ki, belə festivallar istedadlı gənclərin üzə çıxmasına təkan verməklə yanaşı, onlarda teatr sənətinə olan marağı daha da artırıb. Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində, habelə ali və orta məktəb tələbə və şagirdləri arasında seçim aparılıb. Dörd bölgə və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılıb.
   Üç gün davam edən festivalın final mərhələsində 12 tamaşa nümayiş etdirilib.
   Peşəkar münsiflər heyətinin yekdil qərarı ilə “Q.A.T.A.R” yaradıcılıq studiyası 1-ci, Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən “Totem” yaradıcılıq studiyası 2-ci, Mingəçevir Xalq Teatrı isə 3-cü yerə layiq görülüb.
   Qaliblərə fəxri fərman və pul mükafatı təqdim edilib. Müxtəlif nominasiyalar üzrə fərqlənmiş teatr kollektivlərinə də diplomlar verilib.
   Festival geniş konsert proqramı ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar