Azərbaycan Akademik Milli Dram Teatrında Viktor Hüqonun “Mariya Tüdor” əsəri əsasında “Qadın məhəbbəti” tamaşası hazırlanır. Teatrın direktoru İsrafil İsrafilovun bildirdiyinə görə, hazırda bu tamaşanın məşqləri aparılır. Səhnə əsərinə Gəncə Dövlət Dram Teatrından dəvət olunmuş rejissor Gümrah Ömər quruluş verir.
   Mehdi Məmmədovun tərcüməsi əsasında hazırlanan tamaşada baş rolu Məleykə Əsədova oynayır. Əsərdə Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev və digər aktyorlar rol alıb.