Bakı Uşaq Teatrı ilə Tələbə-Gənclər İttifaqı gənclər üçün tamaşa layihəsi hazırlayıb. «Təsadüf» adlı tamaşa narkomaniya və QİÇS əleyhinə maarifləndirici səhnə əsəridir. Bu barədə məlumat verən Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan bildirib ki, quruluşu özünə məxsus olan tamaşada rolları Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbələri oynayacaqlar.
   Universitetlərdə nümayiş üçün hazırlanan «Təsadüf» öncə dekabrın 10-da Bakı Dövlət Universitetinlə təqdim olunacaq.
   Teatr həmçinin «Heykəl» adlı yeni komediya əsərinin məşqlərinə də başlayıb. Gənclər üçün hazırlanan bu tamaşanın müəllifi və rejissoru İlhamə Əhmədova, musiqi tərtibatçısı Rauf Hüseynov, rəssamı Sevda Məmmədovadır. Ailə-məişət mövzusunda olan «Heykəl» tamaşasında rolları Ruslan Mürsəlov, Könül Şahbazova, Niyaz Qasımov ifa edəcəklər. Tamaşanın premyerası yanvar ayının sonlarında keçiriləcək.

   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar