Yanvarın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” tamaşası nümayiş olunacaq. Teatrdan verilən məlumata görə, tamaşada əsas partiyada Ukraynanın prima-balerinası, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Olqa Qolitsa çıxış edəcək.
O.Qolitsanın tərəf-müqabili isə Ukraynanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Ukrayna Opera və Balet Teatrının premyeri Viktor Şerbakovdur.
O.Qolitsanın tərəf-müqabili isə Ukraynanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Ukrayna Opera və Balet Teatrının premyeri Viktor Şerbakovdur.