Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə reallaşan “Axundzadə dərsləri” adlı layihənin icrası davam etdiriləcək. İttifaqdan bildiriblər ki, layihə çərçivəsində artıq peşəkar dramaturq və sənət adamlarından bir neçəsi gənc yazıçılara mühazirələr oxuyub. Ustad dərslərində tanınmış dramaturqların “Dram əsərlərinin yazılışı və süjetlərin quruluşu”, “Dram əsərlərində konfliktin qurulması” mövzularında məruzələri dinlənilib.
   Həmçinin yaradıcı gənclərin əsərlərinin seçiminə də başlanılıb. Məqsəd bu il 200 illiyini qeyd edəcəyimiz Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində səviyyəli dram əsəri üzə çıxarıb teatrlardan birinin repertuarına daxil etməkdir.
   Layihə çərçivəsində dinlənilən gənc yazıçıların kiçikhəcmli pyeslərinin kitab halında nəşri də nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar