Xalq yazıçısı Elçinin əsəri əsasında daha bir tamaşa Gənc Tamaşaçılar Teatrında hazırlanır. Yazıçının novellaları əsasında «Buzovna kəndinin əhvalatları» tamaşasının məşqlərinə başlanıb. Teatrın direktoru Mübariz Həmidov fevralda tamaşaya ictimai baxış keçiriləcəyini deyib: «Xalq yazıçısı Elçinin pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub. Qərara gəldik ki, onun novellalarını birləşdirib «Buzovna kəndinin əhvalatları» adlı tamaşa hazırlayaq. Hesab edirəm ki, çox maraqlı tamaşa təqdim edə biləcəyik. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşanın hazırlıq işləri yekunlaşmaq üzrədir».
   Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Rolları Sərvər Əliyev, Elşən Rüstəmov, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Nübar Novruzova, Kubra Dadaşova, Naibə Allahverdiyeva və digərləri ifa edir.
   
   Gülər