Fevralın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu sənət ocağının tanınmış aktyoru Natiq Fərzəliyevin anadan olmasının 50, yaradıcılığının isə 30 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.
Teatrdan bildiriblər ki, tədbirdə mədəniyyət və incəsənət xadimləri N.Fərzəliyevin yaradıcılığı, sənət yolu barədə fikirlərini bölüşəcəklər. Tədbirdə Samir Sədaqətoğlunun “Yerə-göyə sığmayan” adlı birhissəli tragikomediyası da nümayiş etdiriləcək. Yubilyar bu səhnə əsərində “Kişi” rolunu canlandıracaq.