Prezident İlham Əliyev noyabrın 19-da tanınmış yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2016-cı ilin fevralında Azərbaycanın ədəbi və ictimai fikrinin tanınmış nümayəndələrindən Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 ili tamam olur. Ceyhun Hacıbəyli xalqımızın zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərib.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.