Fevralın 25-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Xocalı” tamaşası nümayiş etdiriləcək. “Açıq qapı” devizi ilə keçiriləcək tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Aytan” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə təqdim olunacaq.
Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının ifasında nümayiş olunacaq tamaşa şairə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilib. Tamaşanın rejissoru Larisa Tarusova, baletmeyster Günəş Talıblıdır.