İ.Əbilov adına Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına Xalq Teatrı yeni tamaşa hazırlayıb. «Banket zalı mənim boynuma» adlı məzhəkəli tamaşa fevralın 20-də nümayiş olunacaq. Mədəniyyət Evindən verilən məlumata görə, ssenari müəllifi və rejissoru Zeynal Kərim olan tamaşada həvəskar aktyorlar - şagirdlər və müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələr rolları ifa edəcəklər. Səhnə əsərində dövrün bir sıra sosial problemləri və onların insanların gündəlik yaşayışına təsiri əksini tapıb.
Gülər