Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə fevralın 20-də Bakıda işə başlayan ASSİTEJ-in İcra Komitəsinin toplantısı başa çatdı.
   
   Fevralın 24-də Gənc Tamaşaçılar Teatrının «Gümüş maska» zalında qurumun qarşısında duran əsas vəzifələr, onların həlli yollarının müzakirəsi məqsədilə görüş keçirildi. Tədbiri teatrın direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov açaraq təşkilatın BakI toplantısının uşaq və gənclər teatrları arasında yaradıcılıq və təcrübə mübadiləsinin genişlənməsi istiqamətində mühüm addım olduğunu vurğuladı.
   Görüşdə ASSİTEJ-in Azərbaycan Milli Mərkəzi idarə heyətinin üzvləri - xalq artistləri Cənnət Səlimova, Vaqif Əsədov, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, Əməkdar artist Şövqi Hüseynov, quruluşçu-rejissor Nicat Kazımov və başqaları iştirak etdilər.
   ASSİTEJ-in prezidenti İvetta Hardi (Cənubi Afrika) Azərbaycanda olduğu müddətdə səmərəli vaxt keçirdiklərini, təşkil olunan seminar və treninqlərdə gənc mütəxəssislərə müasir dünya teatrlarında baş verən proseslərlə daha yaxından tanış olmaq imkanı yaradıldığını dedi.
   ASSİTEJ-in Azərbaycan Milli Mərkəzi idarə heyətinin üzvləri - Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev, Bakı Slavyan Universitetinin professoru, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev Azərbaycan teatrlarının uğurlarından danışıblar.
   Sonra qonaqlar teatrın səhnəsində Norveç yazıçısı və dramaturqu Knut Hamsunun «Viktoriya» tamaşasına baxıblar. İkihissəli məhəbbət balladasına Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Quruluşçu-rəssamı mərhum Fuad Qafarov, musiqi tərtibatçısı İradə Muradovadır. Rolları əməkdar artistlər Lətifə Əliyeva, Ayşad Məmmədov, aktyorlar Günel Məmmədova, Elnur Kərimov və digərləri ifa edirlər.
   Fevralın 26-da ASSİTEJ-in İcra Komitəsinin toplantısının bağlanış mərasimi keçirildi. Mərasimdə çıxış edən M.Həmidov toplantının, o cümlədən seminar və treninqlərin nəticələrini müsbət qiymətləndirdi.
   Mərasimin Xocalı soyqırımının 20-ci ildönümünə təsadüf etməsi nəzərə alınaraq qonaqlara bu faciə haqqında ətraflı məlumat verildi.
   Sonda ASSİTEJ-in prezidenti İ.Hardi də çıxış edərək yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar