Fevralın 24-də Rəşid Behbudov adına Mahnı Teatrında Sabirabad rayonu A.İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” qrupunun iştirakı ilə “Xocalı harayı” adlı musiqili ədəbi-bədii kompozisiya nümayiş olundu.
   Tədbir Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirildi.
   Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov Xocalı faciəsindən danışaraq bu qırğının bütövlükdə insanlığa qarşı yönəlmiş cinayət aktı olduğunu qeyd etdi.
   Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev Xocalı faciəsinin dəhşətlərindən, bu dəhşətin qurbanlarının başına gətirilən bəlalardan danışdı.
   Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xocalının bir gecənin içində məhv edilməsinin bəşər tarixinin qanlı səhifələrindən biri olduğunu vurğuladı.
   Rəsmi hissədən sonra “Xocalı harayı” musiqili ədəbi-bədii kompozisiyası nümayiş olundu. Nümayişdən sonra “Mübarizlər” qrupunun üzvləri fəxri fərman və mükafatla təltif olundular.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar