Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalına start verilib. Aprelin 2-dən başlayan festivalda idarənin nəzdində fəaliyyət göstərən 16 mədəniyyət evinin xalq teatrları M.F.Axundzadənin əsərləri (“Hekayəti-xırsi-quldurbasan», «Sərgüzəşti-vəziri-xani-Lənkəran», «Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur», «Hekayəti-molla İbrahimxəlil kimyagər», «Mürafiə vəkillərinin hekayəti») əsasında hazırlanan tamaşalar təqdim edirlər.
   Nizami adına Mədəniyyət Mərkəzində baş tutan açılış mərasimində İ.Əbilov adına Mədəniyyət Mərkəzinin Ə.Ələkbərov adına Xalq Teatrı, Badamdar qəsəbə Mədəniyyət Evinin Xalq Teatrı, İ.Ə.Paşayev adına Mədəniyyət Evinin dram dərnəyi, Nizami Rayon Mədəniyyət Mərkəzinin M.Müşfiq adına Xalq Teatrı, H.Sarabski adına Mədəniyyət Evinin Xalq Teatrı çıxış edib.
   Növbəti günlərdə isə Binə qəsəbə Mədəniyyət Mərkəzinin dram dərnəyi, Nizami adına Mədəniyyət Mərkəzinin «Mərdəkan» Xalq Teatrı, Xətai Rayon Mədəniyyət Mərkəzinin Qaravəlli Xalq Teatrı və digərləri çıxış edəcəklər.
   Festivalın qaliblərinin mükafatlandırma mərasimi aprelin 9-da Akademik Milli Dram Teatrında keçiriləcək. Mərasimdə festivalda qalib gələn tamaşa da nümayiş olunacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar