Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında türk yazıçısı Savaş Dişçelin qələmə aldığı “Yaşanmayan gənclik” əsərinin məşqləri başlanıb. Müasir gəncliyin üzləşdiyi problemlərdən, məhəbbət macərasından bəhs edən tamaşanın quruluşçu rejissoru teatrın direktoru İslam Həsənov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
   Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Təvəkkül Əliyev, aparıcı artistlər Allahverən Babayev, Əlibala Əsgərov və başqaları ifa edirlər.
   Teatrda daha bir tamaşa bolqar yazıçısı Panço Pançyevin “Dörd ekiz haqqında nağıl” pyesi əsasında səhnələşdirilir. Məktəblilər üçün nəzərdə tutulmuş səhnə əsərinin quruluşçu rejissoru Adil Zeynalov, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada rolları Emin Fərzullayev, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Aynur Əhmədova, Səyyad Əliyev və başqaları oynayırlar.
   Hər iki tamaşa bu ay sənətsevərlərə təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar