Mayın 29-dan iyunun 29-dək Moskvada Rusiya Teatr Xadimləri İttifaqının VI Beynəlxalq yay teatr məktəbi keçiriləcək. Rusiyanın, MDB-nin, Baltikyanı dövlətlərin və uzaq xarici ölkələrin aktyorları bir ay təlim keçəcək, yaradıcılıq mübadiləsi aparacaq, yeni teatr layihələri üzərində işləyəcəklər. Məktəbin bədii rəhbəri Rusiyanın Xalq artisti Aleksandr Kalyagindir.
   
   Təşkilatçılar məktəbdə iştirak etmək üçün 400-dən çox müraciət alıblar. Lakin layihədə yalnız 90 gənc artist iştirak edəcək. Yay məktəbinin coğrafiyası genişdir: Azərbaycan, Belarus, Bolqarıstan, Yunanıstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Koreya, Qırğızıstan, Moldova, Monqolustan, Latviya, Litva, ABŞ, Türkmənistan, Özbəkistan, Ukrayna, Estoniya, Rusiya .
   Ölkəmizi yay məktəbində Dövlət Opera və Balet Teatrının artistləri Kamilla Hüseynova və Fərid Əliyev təmsil edəcəklər.
   Təlimlər başa çatdıqdan sonra tamaşaçılara 6 tamaşa, 6 teatr layihəsi təqdim olunacaq. Bu il ilk dəfə Rusiyanın əməkdar incəsənət xadimi, B.Pokrovski adına Musiqili Kamera Teatrının quruluşçu rejissoru Olqa İvanovanın rəhbərliyi ilə opera tamaşası səhnələşdiriləcək. Bundan əlavə, kukla teatrı layihəsi və plastik tamaşa üzərində iş aparılacaq. Bunun üçün Düsseldorfdan xoreoqraf Ulla Geyges dəvət olunacaq. İştirakçılar üçün ustad dərslərini Aleksandr Kalyagin, Valeri Fokin, Mixail Yefremov və Konstantin Boqomolov kimi məşhur səhnə ustaları keçəcəklər.
   Layihə iştirakçılarını zəngin təlim proqramı - aktyor sənətkarlığı, səhnə danışığı, ritmika, səhnə hərəkətləri, qılıncoynatma, səhnə döyüşü, müasir rəqslər və s. gözləyir. 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar