Tamaşa Azərbaycan, Belarus və Gürcüstan sənətçilərinin iştirakı ilə hazırlanıb
Aprelin 28-də Akademik Opera və Balet Teatrında C.Puççininin «Toska» operasının tamaşası təqdim olunacaq. Tamaşada Toska partiyasını ilk dəfə gənc və istedadlı vokalçı Çinarə Şirin ifa edəcək. Vokalçını hazırlamaq üçün teatrın rəhbərliyi Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının rejissoru, professor Marqarita İzvorska-Elizaryevanı Bakıya dəvət edib. Tamaşanı Belarus Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, professor Viktor Ploskina idarə edəcək. Səhnə əsərində Kavaradossi partiyasını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvət olunmuş solisti, Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili ifa edəcək.
Gülər