Aprelin 24-də Mingəçevir Dövlət Dram Teatrında dövlət sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası oldu. M.F.Axundzadənin əsərləri əsasında səhnələşdirilən “Can bizimkilər” adlı kollaj-tamaşaya teatrın baş rejissoru Günay Səttarova quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur.
   Tamaşa böyük yazıçı-dramaturqun 200 illik yubileyinə həsr olunub. Premyerada teatrın yaşlı nəslinin nümayəndələri ilə bərabər gənc aktyor heyətinin də iştirakı fərəh doğurdu. Tamaşada Əməkdar artist Akif Mirabov, Zülfü Məmmədov, Şıxı Yaqubov, Elmira İbrahimova, Afət Əliyeva, gənc aktyorlardan Sevinc Şirinova, Eyvaz Əliyev, İlqar Rəhimov, Afiq Yusifov və başqaları iştirak edirdi.
   Hər premyerada yeni bir uğura imza atan Mingəçevir Dövlət Dram Teatrı may ayının 15-də italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” komediyasını teatrsevərlərə təqdim etməyi planlaşdırır. Tamaşanın rejissoru Bakıdan dəvət olunmuş Sahib Ağayev, quruluş rəssamı isə Yusif İmamverdiyevdir.
   
   Esmira Hacıyeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar