Üzeyir Hacıbəylinin ev-muzeyində “Koroğlu” operasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov dünya opera klassikasının parlaq nümunələrindən olan “Koroğlu” operasının 1937-ci il aprelin 30-da Bakıda ilk nümayişini incəsənət tariximizin əlamətdar hadisələrindən biri kimi qiymətləndirib. Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova operanın musiqili dramaturji və üslub xüsusiyyətlərindən danışıb.
   Bəstəkar Musa Mirzəyev, Yazıçılar Birliyinin üzvü Aminat Tuncay “Koroğlu” operasının Azərbaycan və türk mədəniyyətlərində əhəmiyyətindən söhbət açıblar.
   Sonda musiqiçilərin ifasında “Koroğlu” operasından parçalar səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar