Macarıstanın təcrübəli teatr rejissoru, Alternativ və Müstəqil Teatr Assosiasiyasının prezidenti Hudi Laszlo Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinə ustad dərsləri keçib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonağa rəhbərlik etdiyi mədəniyyət ocağı, repertuar siyasəti haqqında ətraflı məlumat verib. Teatrda rumın şair, dramaturq və jurnalisti Mate Vişneçin “Qoca kloun tələb olunur” tamaşasının məşqlərində iştirak edən qonaq səhnə əsəri haqqında fikirlərini söyləyib. Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Nicat Kazımovdur.
Macar rejissorun paytaxt və bölgə teatrlarının məşqlərində iştirakı da nəzərdə tutulub. O, Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr üçün də treninqlər keçəcək.