Hazırda 102-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının əsas binasında aparılan təmir və yenidənqurma işləri kollektivin fəaliyyətinə mane olmur. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dənizçilərin Mədəniyyət Evində işini davam etdirən teatrın yaradıcı kollektivi yeni tamaşalar hazırlayır, qastrollar təşkil edir.
Yaradıcı kollektiv yeni qastrol səfərinə hazırlaşır. Artistlər mayın 16-17-də Gədəbəy və Şəmkir rayonlarının tamaşaçıları qarşısında çıxış edəcəklər.
“Regionların İnkişafı” İctimai Birliyinin dəstəyi ilə 28 May - Respublika Günü ərəfəsində təşkil olunacaq qastrolda kollektiv tanınmış aktyorların iştirak etdiyi Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşasını təqdim edəcək.
Tamaşada əsas rollarda Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Əliyev, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Elxan İsmayılov və başqaları çıxış edəcəklər.