1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Opera və Balet Teatrında “Abşeron barədə əfsanə” adlı muğam improvizəsi və xoreoqrafik pantomima elementləri ilə səhnələşdirilmiş musiqili-poetik instalyasiya tamaşasının təqdimatı olacaq.
    Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, “DIDI İnternational” terapevtik mərkəzi və “RotarAct” gənclər təşkilatının “kreativ art” qrupunun təşkilatçılığı ilə gerçəkləşəcək.
   Musiqili tamaşanın hazırlanmasında məqsəd böyüməkdə olan nəslin təhsilində yeni üsulların axtarışı, beynəlxalq və ictimai təşkilatların diqqətini mədəni inteqrasiya vasitəsilə fiziki imkanları məhdud uşaqların psixoloji reabilitasiya probleminə cəlb etməkdir.
   Azərbaycanın dramaturgiya təcrübəsində ilk dəfə olaraq teatrın səhnəsində “Abşeron” obrazı yaradılacaq. Səhnə əsəri Abşeronun dənizlə poetik dialoqu üzərində qurulub. Tamaşa Azərbaycanın qədim simvol və arxetipləri ilə illüstrasiya edilib. Belə ki, ürəyin döyüntüsü qaval ritmi ilə canlandırılır, “qaval” isə digər səhnədə günəşin diskinə çevrilir, küləklər neyin səsindən əmələ gəlir, tarın səsi isə Abşeron yağışının səsindən yaranır. Tamaşanın kulminasiya nöqtəsi isə Azərbaycanın səsini əks etdirən muğam olacaq.
   
   C.Zərbəliyev






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar