Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyədən qastrol səfərindən qayıdıb. Giresun bələdiyyəsinin dəvəti ilə qardaş ölkəyə səfər edən kollektiv iki gün türkiyəli tamaşaçıların qonağı olub. Yaradıcı heyət M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərini təqdim edib. Tamaşaya rejissor Gümrah Ömər quruluş verib.
Teatrın daha bir səfəri payızda Başqırdıstanın paytaxtı Ufa şəhərinə olacaq. Kollektiv orada keçiriləcək teatr festivalında Xalq yazıçısı İlyas Əfəndiyevin “Tənha iydə ağacı” əsəri əsasında hazırladığı tamaşanı təqdim edəcək.