TÜRKSOY-un elan etdiyi “M.F.Axundzadə ili” çərçivəsində Adana Çukurova Universiteti Konservatoriyasının teatr bölməsinin müəllimi, dosent Cahangir Novruzovun quruluşunda görkəmli Azərbaycan dramaturqunun “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasının premyerası olub. İncəsənət layihəsi Azərbaycanın Türkiyədəki səfirliyi, ARDNŞ-in Türkiyə təmsilçiliyi və TÜRKSOY-un birgə səyləri ilə gerçəkləşib.
   Adana Sabançı Mədəniyyət Mərkəzinin teatr salonunda keçirilmiş premyerada ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, qardaş ölkənin mədəniyyət və turizm nazirinin müavini Abdürrahman Arıcı, Adana valiliyi və bələdiyyəsinin nümayəndələri iştirak ediblər. Tamaşada rolları Çukurova Universiteti Konservatoriyasının teatr bölməsinin tələbələri ifa ediblər.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar