Mayın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simanovski, rejissor assistentləri Sona Mustafayeva və Elnur Kərimovdur. Rəqslərin quruluşu Nicat Kazımovundur.
Yeni səhnə əsərində əsas rolları Əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Şəbnəm Hüseynova və başqaları ifa ediblər. İkihissəli psixoloji dram tərtibatı, yeni quruluş və aktyor ifaları ilə diqqəti cəlb edib. İlyas Əfəndiyevin 1969-cu ildə qələmə aldığı “Məhv olmuş gündəliklər” pyesi saf məhəbbətin qurbanı olan gənc qızın həyatından və onunla bərabər öz istəklərinə qovuşmayan, taledən uzaq qaça bilməyən insanlardan bəhs edir.