İyunun 14-də Rusiya Dövlət Kreml Sarayının səhnəsində “Kremlyovskiy balet” Teatrı görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edəcək. Baletin librettosu qədim ərəb ədəbiyyatı - Şəhrizadın nağılları əsasında yazılıb. “Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən əsər “Kremlyovskiy balet” Teatrının ifasında ilk dəfə oynanılacaq. Baletin quruluşçu xoreoqrafı Rusiyanın Xalq artisti, teatrın bədii rəhbəri və yaradıcısı Andrey Petrov, rəssamı SSRİ Xalq artisti, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Tahir Salahovdur. Rəssam tamaşa üçün özünəməxsus nəcib üslubda möhtəşəm dekorasiya yaradıb. Rəssam Olqa Polyanskayanın yaratdığı yaraşıqlı kostyumlar dekorasiya ilə həmahəngdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar