Sankt-Peterburqdakı “Baltik evi” teatr festivalının kiçik səhnəsində Azərbaycanın Xalq yazıçısı Elçinin pyesi əsasında səhnələşdirilmiş “Qatil” tamaşasının premyerası olub. Tədbiri Sankt-Peterburq Administrasiyası və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə “Baltik evi” teatr festivalı və “Ağ və Qara” teatrı təşkil ediblər.
   Baş rolları Rusiyanın Əməkdar artisti Natalya Popova və Valeri Stepanovun oynadıqları tamaşaya Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdan quruluş verib. Detektiv süjetli, psixoloji dram əsərində məhəbbət və xəyanətdən, tənhalıq və səadət axtarışından söhbət açılır.
   Sankt-Peterburq Mədəniyyət Komitəsi sədrinin birinci müavini Boris İllarionov tamaşadan əvvəl şəhər administrasiyası adından təbrik nitqi ilə çıxış edib. O, görkəmli yazıçı-dramaturq Elçinin pyesinin tamaşaya qoyulmasının şəhərin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.
   Yaradıcılığı ilə Rusiyada yaxşı tanınan Elçinin pyesinin premyerası anşlaqla keçib, həm Sankt-Peterburq tamaşaçıları, həm də tanınmış teatr tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar