İyunun 9-da “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Musiqili Dram Teatrı dramaturqun “Müsyö Jordan və dərviş Məstəl şah” əsərini maraqlı rejissor həlli ilə tamaşaçılara təqdim etdi.
   Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, rejissoru, Əməkdar artist İzaməddin Bağırov, quruluşçu rəssamı Nabat Səmədova, geyim üzrə rəssamı Rövşən İmanov, musiqi tərtibatçısı Telman Qəniyevdir.
   Quruluşçu rejissor tamaşa barədə təəssüratlarını bizimlə bölüşdü:
   - Tamaşanın teatrımız üçün bir önəmli cəhəti də ondan ibarətdir ki, teatrımız 1969-cu ildə ilk dəfə pərdələrini məhz bu əsərlə açıb. Ona görə də böyük dramaturqun 200 illiyinə həsr olunmuş festivalda “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə çıxış etməyi qərara aldıq. Tamaşada klassik yolu tutmadıq, əsərə eksperimental nöqteyi-nəzərindən yanaşdıq, əlavə personajlar daxil etdik. O personajlar Axundzadənin öz ideyalarından irəli gəlirdi. Tamaşada üç əcinnə hər personajın daxili məni kimi çıxış edir.
   Bundan əlavə, tamaşa Novruz əhval-ruhiyyəsi ilə başlayır. Çünki əsərdə hadisələr Qarabağda Novruz bayramında baş verir və bu əhval-ruhiyyə tamaşanın sonuna kimi davam edir. Odur ki, oynaq, bayramsayağı bir tamaşa oldu, anşlaqla keçdi və tamaşaçılar tərəfindən qəbul olundu.
   Səhnə əsərində müsyö Jordanı Oqtay Mehdiyev, Şəhrəbanu xanımı Əməkdar artist Təranə Musayeva, Hatəmxan ağanı Akif Mirzəyev, dərviş Məstəli şahı İlham Səfərli, Qulaməlini Ceyhun Məhərrəmov, Şərəfnisə xanımı Vəfa Qurbanova, əcinnələri isə İlahə Səfərova, Əsmər Qurbanova, Adil Xanlarov oynayırlar.
   
   Təranə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar