Bu günlərdə Mingəçevir teatrı yenə də qonaqlı-qaralı idi. Şəhər ictimaiyyəti və teatrsevərlər yeni tamaşanın premyerasına yığışmışdılar.
   
   Tamaşanın başlanmasını bildirən üçüncü zəngdən sonra pərdələr açılır və yeni bir tərtibat, işıq effektləri ilə italyansayağı bəzənmiş səhnə görünür.
   Budur, artıq Eduardo De Flipponun “Ruhlar” komediyasının ilk tamaşası nümayiş olunur. Rafaelle Afiq Yusifovun, Qostano Kolifano Əməkdar artist Akif Mirabovun, Paskualle Loyukano Zülfü Məmmədovun ifasında canlandırılır. Bakıdan dəvət olunmuş istedadlı rejissor Sahib Ağayevin bacarığının nəticəsi göz önündədir. Saat yarım davam edən tragikomediyanın quruluşçu rəssamı Yusif İmamverdiyevin təfəkkürünün məhsulu olan tərtibatla tamaşa zalında yeni bir abu-hava yaranır. Rəqslər, kostyumlar və rekvizitlər tamaşaçını sanki İtaliyaya aparır.
   Maraqlı qrim işi, məharətli aktyor oyunu, uğurlu rejissor əməyi sonda tamaşaçıların alqışı və gül dəstələri ilə qiymətləndirilir. Tamaşaçıların xoş istirahəti və rəğbətinə səbəb olan “Ruhlar”ın Mingəçevir teatrının repertuarında tez-tez rast gələcəyimiz tamaşalardan olacağına inanırıq.
   Vaxtaşırı yeni tamaşalarla teatrsevərləri sevindirən Mingəçevir Dövlət Dram Teatrında dövlət sifarişli daha bir tamaşanın məşqlərinə start verilib. Dəvətli rejissorlardan İradə Gözəlovanın quruluşunda “Min bir gecə” nağılı əsasında hazırlanan səhnə əsərinin iyunun sonunda nümayiş etdirilməsi nəzərdə tutulub.
   
   Esmira Hacıyeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar