Milli Teatr Festivalı davam edir
   
   Prezident İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı davam edir. Festival çərçivəsində iyunun 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovadır. İyunun 15-də teatrda böyük ədibin “Lənkəran xanının vəziri” əsərinin tamaşası olacaq. İyunun 16-17-də Gənc Tamaşaçılar Teatrı M.F.Axundzadənin daha iki pyesi əsasında hazırlanmış səhnə əsərlərini - “Hacı Qara” və “Xırs quldurbasan” tamaşalarını təqdim edəcək.
   İyunun 16-da Azərbaycan Dövlət Kukla Teatrı da ədibin 200 illik yubileyi münasibətilə hazırladığı “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını göstərəcək. Ayın 17-də isə “Yuğ” Dövlət Teatrı “Naməlum Axundzadə” tamaşasını sənətsevərlərə təqdim edəcək.
   İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı «Mürafiə vəkilləri» tamaşası isə iyunun 18-də Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.
   “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı iyunun 25-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar