Xəzər Universitetində dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Sevil” operası universitet tələbələrinin ifasında ikinci dəfə, yeni quruluşda tamaşaçılara təqdim olunub. Universitetdən bildiriblər ki, operanın ilk təqdimatı 2011-ci ildə keçirilib. Ötən müddət ərzində kollektiv gərgin yaradıcılıq işini davam etdirib, əsərin daha mükəmməl versiyasını təqdim etməyə nail olub.
   Premyeradan əvvəl Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı tamaşa haqqında məlumat verib. Qeyd edib ki, qadın azadlığı məsələsinə həsr olunmuş “Sevil” operası böyük dramaturq Cəfər Cabbarlının eyniadlı dram əsəri əsasında bəstələnib. Libretto müəllifi isə şair Tələt Əyyubovdur.
   Tədbirdə tanınmış incəsənət xadimləri, nazirliklərin, diplomatik korpusun və özəl şirkətlərin nümayəndələri, universitetin əməkdaşları və tələbələr iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar