Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cənub bölgəsinə qastrol səfərinə yola düşüb. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli təşkili, eləcə də gənclərin mənəvi-estetik tərbiyəsinin formalaşdırılması məqsədilə reallaşan səfər Azərbaycan milli dramaturgiyasının banisi, ictimai xadim M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə həyata keçirilir. Kollektiv bölgə teatrsevərləri qarşısında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə çıxış edir. Səhnə əsəri iyunun 26-dan 30-dək Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran və Şirvan rayonlarında nümayiş etdirilir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar