Dörd ay davam edəcək festival çərçivəsində ustad dərsləri də təşkil olunacaq
   
   Mədəniyyət və Turizm, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə layihəsi olan Gənclərin II Ümumrespublika Teatr Festivalına iyulun 12-də start verilib.
   
   Builki festivalın mövzusu ekologiyadır. Layihənin icraçı direktoru Ramil Ağasıyevin verdiyi məlumata görə, artıq ssenarilərin qəbuluna başlanılıb və bu mərhələ bir ay davam edəcək. Ümumilikdə, 4 ay davam edəcək festivalda rayonların ssenarilər üzrə bölgüsü aparılacaq və seçilən truppalarla məşqlər, ustad dərsləri təşkil ediləcək.
   “Bizə ideya lazımdır” devizi altında gerçəkləşən festivalın sonuncu ayında seçilən truppaların iştirakı ilə yaradıcı düşərgə təşkil ediləcək. Düşərgədə ustad dərsləri, məşqlər və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur. Festivalı keçirməkdə məqsəd gənclərdə teatra marağı artırmaq, istedadlı gəncləri bu sahəyə cəlb etmək, ekologiya ilə bağlı problemləri gənclərə çatdırmaqdır.
   Qeyd edək ki, ilk dəfə ötən il keçirilən festivalın ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Paytaxt və bölgələrin teatr truppalarının iştirak edəcəyi festivalın son 3 günündə tamaşalara peşəkar münsiflər heyəti tərəfindən baxış keçirilərək qaliblər müəyyənləşəcək. Bundan başqa, “Ən yaxşı ssenarist”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktrisa” və s. nominasiyalarda mükafatlar təqdim olunacaq.   

   Lalə Muxtarova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar