Avqustun 12-də Almaniyanın Münxen-Halifiq şəhərində ənənəvi “Gut İmmling” beynəlxalq opera festivalının “Grande Finale” adlı yekun tədbiri keçirilib. İki ay davam edən və dünya şöhrətli opera müğənnilərinin iştirak etdiyi festivalın baş tədbirində Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edib.
   
   Almaniyanın və Avropanın mötəbər festivallarından olan “Gut İmmling” beynəlxalq opera festivalı ilə musiqiçilərimizin əməkdaşlığı 2003-cü ildən mövcuddur. Azərbaycanın Opera Teatrının orkestri və Dövlət Simfonik Orkestri bu festivalda 2005-ci ildən çıxış edir.
   Opera festivalının direktoru Ludviq Baumann final mərasimini açıq elan etdikdən sonra sözü Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova verib. Səfir çıxışında beynəlxalq “Gut İmmling” opera festivalı ilə Azərbaycan musiqiçilərinin əməkdaşlığının tarixçəsindən bəhs edərək bu əməkdaşlığın mədəniyyətlərarası dialoqdakı əhəmiyyətini vurğulayıb. Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu, müsəlman Şərqində ilk operanın, balet musiqisinin məhz Azərbaycanda əsasının qoyulduğunu bildirən səfir digər musiqi janrlarının, o cümlədən muğam sənəti və Azərbaycan cazı haqqında da danışıb.
   Səfir dinamik xətt üzrə inkişaf edən ölkəmizin Almaniya və Avropa İttifaqı ilə mühüm tərəfdaşlıq münasibətləri saxladığını, bu qəbildən tədbirlərin tərəfdaşlıq əlaqələrinə əhəmiyyətli töhfə olduğunu qeyd edib.
   Sonra “Gut İmmling” opera festivalının baş dirijoru Kornelia von Kerssenbrokun rəhbərliyi ilə orkestr Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib. Kollektivin ifası və bəstəkarlarımızın əsərləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar