Qax Dövlət Kukla Teatrının kollektivi sentyabrın 15-də yeni mövsümün açılışında balaca tamaşaçılara gürcü dramaturqu Givi Xornaulinin “Xutkunçula” tamaşasını təqdim edəcək. 
   Tamaşanın rejissoru İsako Zeynalaşvili, rəssamı Əmrah Məmmədov, musiqi tərtibatçısı Yusif Abdurahmanovdur. Rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Zaur Paşazadə və başqaları ifa edirlər. Tamaşa zalım hökmdarın xalqın başına gətirdiyi zülm və bəlalardan bəhs edir. Sonda ədalət zəfər çalır.
   Teatrın direktoru Nazim Mahmudov bildirib ki, teatrda, həmçinin dövlət sifarişi ilə Molla Nəsrəddin lətifələri əsasında eyniadlı tamaşanın məşqlərinə də başlanılıb. Bundan əlavə, həvəskar dramaturq Osman Abdullayevin “Virus əhvalatı” tamaşası üzərində də məşqlər davam etdirilir. Hər iki tamaşanın noyabrın sonunda təhvil verilməsi planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar