Sentyabrın 19-da Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası teatrsevərlərə təqdim olundu. Xatırladaq ki, görkəmli dramaturqun bu əsəri Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda 15 il əvvəl tamaşaya qoyulub. İllər sonra isə rejissor əsəri yeni quruluşda və yeni adda tamaşaçılara təqdim edib. Milli Dram Teatrının repertuarında daimi yer alan tamaşa Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz hadisələrlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
   Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Əsərdə tarixi şəxsiyyətlərin obrazlarını teatrın müxtəlif yaş nəslinə mənsub aktyorlar canlandırır.
   Hər il olduğu kimi, bu dəfə də “Qarabağnamə” tarixi keçmişimizi göz önünə gətirdi, Qarabağ tarixinin səhifələri vərəqləndi. İki saat davam edən tamaşa torpağa, vətənə sevgi aşılayan əsər kimi yadda qaldı.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar