Sentyabrın 26-da Qusar rayon Mədəniyyət sarayında Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası nümayiş olunub. Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə hazırlanmış tamaşanın nümayişi gənclər arasında hüquq pozuntuları, narkomaniya və digər zərərli vərdişlərin profilaktikası məqsədilə təşkil olunub. Narkomanlıq və onun fəsadlarına, QİÇS-ə qarşı mübarizəyə həsr olunmuş səhnə əsəri real həyat hadisələri əsasında hazırlanıb.
   Gəncləri pis vərdişlərdən çəkindirməyə çağırış kimi səslənən tamaşa maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar