Şəki Dövlət Dram Teatrı Adanada keçiriləcək teatr festivalına dəvət alıb. Teatrın baş rejissoru Mirbala Səlimlinin sözlərinə görə, kollektiv gələn ilin martında gerçəkləşəcək festivala repertuarındakı tamaşalardan birini aparmağı nəzərdə tutur. Bunlar «Xəsis» (J.B.Molyer), «Aldadılmış ər» (J.B.Molyer) və «Pəri-cadu» (Ə.Haqverdiyev) tamaşalarıdır. Rejissor bildirib ki, teatr Tatarıstanın üç müxtəlif şəhərinə qastrollara da dəvət edilib: “Teatrımızın binası təmir olunduğundan yeni tamaşaların hazırlanmasını təxirə salmışıq. Lakin repertuar haqqında fikirləşirik və yeni binada yeni səhnə əsərləri ilə tamaşaçıları sevindirəcəyik”.
Aliyə